Toplantıya parlamentin müxtəlif fraksiyalarının rəhbərləri də dəvət olunub
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Təhlükəsizlik Şurasının iclasını çağırıb. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.
İclasa parlamentin müxtəlif fraksiyalarının rəhbərləri də dəvət olunub. Toplantıda nələrin müzakirə olunacağı açıqlanmayıb.
Güman olunur ki, iclasda Azərbaycan Ordusunun keçirdiyi anti-terror əməliyyatı müzakirə ediləcək.