Paşinyan: "İrəvan Ermənistan-Türkiyə dəmir yolunun açılmasını gözləyir"

Dünya

25.09.2026 - 15:59

“Biz Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini qətiyyətlə irəlilədirik"

“Yaxın gələcəkdə biz Ermənistanın SSRİ dövründə mövcud olan və sonradan dağıdılmış Mehri və Yerasx dəmir yolu hissələrini bərpa edəcəyik”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında deyib.

O qeyd edib ki, “bu, həm də böyük beynəlxalq əhəmiyyət kəsb edəcək, çünki bu dəmir yollarının tikintisi ilə paralel olaraq İrəvan Ermənistan-Türkiyə dəmir yolunun açılışını gözləyir”.

O bildirib ki, "TRIPP layihəsi ilə birlikdə bu, beynəlxalq logistika sahəsində son onilliklərin ən vacib hadisələrindən biri ola bilər, çünki bu, Çin, Orta Asiya, Türkiyə və Aİ arasında yeni dəmir yolu əlaqəsi açacaq".

Paşinyan həmçinin əlavə edib: "Biz Türkiyə ilə yüksək səviyyəli dialoq aparırıq və Prezident Ərdoğanın bu kürsüdən dediklərini təkrarlamaq istəyirəm ki, biz Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini qətiyyətlə irəlilədirik. Digər iki qonşumuz - İran İslam Respublikası və Gürcüstanla münasibətlərimiz bizim üçün müstəsna əhəmiyyət kəsb edir və mehriban qonşuluq münasibətlərimiz inkişaf etməyə və dərinləşməyə davam edir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş