Paşinyan İranda Pezeşkianla görüşüb

Dünya

03.07.2026 - 18:06

“İran-Ermənistan ikitərəfli münasibətlərinin davamlı olaraq inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminəm”

Ermənistanın Baş naziri Nikol Paşinyan Tehranda İran Prezidenti Məsud Pezeşkianla görüşüb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, Ermənistan Baş naziri İranın Ali Rəhbəri Əli Xameneyinin vəfatı ilə bağlı başsağlığı verib və Ermənistanın İran xalqının kədərini bölüşdüyünü vurğulayıb.

Prezident Pezeşkian Paşinyana Xameneyinin rəsmi vida mərasimində iştirak etmək üçün Tehrana gəldiyi üçün təşəkkür edib. O qeyd edib ki, İran İslam Respublikası bu çətin vəziyyətdə Ermənistan hökumətinin İrana qarşı mövqeyini və göstərilən humanitar yardımı yüksək qiymətləndirir.

İran Prezidenti Paşinyanı parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib və “İran-Ermənistan ikitərəfli münasibətlərinin davamlı olaraq inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini” bildirib.

Tərəflər həmçinin regional məsələlər barədə fikir mübadiləsi aparıb, sülhün, sabitliyin və regional əməkdaşlığın gücləndirilməsi üçün ardıcıl tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, iyulun 3-də Ermənistan Baş naziri İranın mərhum Ali Rəhbərinin rəsmi vida mərasimində iştirak etmək üçün İrana səfər edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş