Ermənistan Baş naziri İran Prezidentinin andiçmə mərasimində iştirak edəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 5 -də İrana işgüzar səfər edəcək. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Paşinyan səfər zamanı İranın yeni seçilmiş Prezidenti İbrahim Rəisi ilə görüşəcək. Ermənistan Baş naziri İran Prezidentinin andiçmə mərasimində iştirak edəcək.