Paşinyan: "Azərbaycanla sülhdən sonra Rusiya ilə münasibətlər dəyişməlidir"

Aktual

25.09.2026 - 13:58

“Ermənistan Rusiya ilə dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında münasibətlər qurmaq istəyir”

“Ermənistan Rusiya ilə dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında münasibətlər qurmaq istəyir”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir bildirib ki, əvvəlki dövrdə Ermənistanla Rusiya arasındakı münasibətlərə təsir edən ən əhəmiyyətli amil Ermənistan-Azərbaycan münaqişəsi olub.

O, BMT Baş Assambleyasının kürsüsündən çıxış edərək bildirib ki, "Rusiya ilə münasibətlərimiz transformasiya mərhələsindədir və bu, təbii bir prosesdir. Çünki əvvəlki dövrdə Ermənistanla Rusiya arasındakı münasibətlərə təsir edən ən əhəmiyyətli amil Ermənistan-Azərbaycan münaqişəsi olub".

Onun sözlərinə görə, "indi Azərbaycanla sülh qurduğumuz üçün Ermənistanla Rusiya arasındakı münasibətlər təbii olaraq dəyişəcək və biz bu münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etməsini istəyirik".

Baş nazir ümumilikdə ölkənin xarici siyasətindən danışarkən qeyd edib ki, Ermənistan çoxqütblülük məntiqinə əsaslanan balanslaşdırılmış kursa sadiqdir.

Onun sözlərinə görə, son illərdə İrəvan Fransa, Çin, Almaniya, Böyük Britaniya və ABŞ da daxil olmaqla bir sıra ölkələrlə, eləcə də Avropa İttifaqı ilə strateji münasibətlər qurub.

Eyni zamanda, Paşinyan bildirib ki, qonşu ölkələrlə münasibətlərin normallaşdırılması və inkişaf etdirilməsi Ermənistanın xarici siyasətində əsas əhəmiyyət kəsb edir: "Digər iki qonşumuz - İran İslam Respublikası və Gürcüstanla münasibətlər bizim üçün müstəsna əhəmiyyət kəsb edir və mehriban qonşuluq münasibətlərimiz inkişaf etməyə və dərinləşməyə davam edir".

Baş nazir bildirib ki, İrəvan Ankara ilə yüksək səviyyəli dialoq aparır və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini "qətiyyətlə" irəli aparır. O əlavə edib ki, İran və Gürcüstanla münasibətlər Ermənistan üçün əsas əhəmiyyət kəsb edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş