Paşinyan ABŞ-a işgüzar səfər edib

Dünya

22.09.2026 - 15:28

Baş nazir BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan 22-25 sentyabr tarixlərində ABŞ-da işgüzar səfərdə olacaq. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan məlumat verib.

Harutyunyan qeyd edib ki, Nyu-Yorkda Baş nazir BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak edəcək və BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli iclasında çıxış edəcək.

Səfər zamanı Paşinyan BMT-nin Baş katibi Antonio Quterreş və digər xarici həmkarları ilə görüşəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş