Pakistanda məsciddəki terrorda ölənlərin sayı 30-u keçib

Dünya

19.09.2026 - 11:04

50-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib

Pakistanın Kohat şəhərindəki polis bölməsində yerləşən məsciddə baş verən terror aktında ölənlərin sayı 30-u keçib. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, ölənlərin sayı 31-ə çatıb.

50-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Onların bəziləri ağır vəziyyətdə xəstəxanalara aparılıb.

Qeyd edək ki, terror aktı 18 sentyabrda baş verib. “Geo” TV-nin məlumatına görə, bir avtomobil dini qurumun da yerləşdiyi Polis Xəttləri kompleksinin qapısına çırpılıb. Maşın partlayıcı maddələrlə dolu olub və partlayış nəticəsində məscidin divarının bir hissəsi uçub. Yaxınlıqdakı binalara da ziyan dəyib.

Partlayışdan sonra silahlı terrorçularla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, yeddi yaraqlı polis bölməsinə daxil olub, onlardan altısı öldürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş