Ötən gün ərzində 4 nəfər xilas edilib

Xəbərlər

06.06.2021 - 13:36

Həkimlər Klinikalar SEO Xidməti

FHN əməkdaşları ötən sutka ərzində 76 yanğına çıxış edib

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Qeyd edilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 76 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 4 nəfər xilas edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş