Oktyabr ayında ABŞ-da yeni evlərin satışı əvvəlki ayla müqayisədə 17,3 faiz azalıb
ABŞ-da yeni tikilmiş yaşayış binalarında evlərin satışı oktyabr ayında minimuma düşüb. AYNA xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, oktyabr ayında ABŞ-da yeni evlərin satışı əvvəlki ayla müqayisədə 17,3% azalaraq, iki ildə minimum, illik ifadədə 610 min təşkil edib.
Sentyabrda 738 min evin satıldığı daha əvvəl bildirilmişdi.
Ticarət iqtisadiyyatı analitikləri satışların oktyabr ayında ortalama olaraq 730 minə enəcəyini gözləyir.