V Harald 89 yaşında dünyasını dəyişib
Avropanın ən yaşlı monarxı, Norveç Kralı V Harald 89 yaşında vəfat edib. AYNA.AZ xəbər verir ki, ölüm xəbərini Krallığın Kanslerliyi yayıb.
"Əlahəzrət Kral Haraldın vəfatını dərin kədərlə bildiririk. Kral Harald 28 avqust cümə günü, saat 6:35-də Oslo Universitet Xəstəxanasında dinc şəkildə vəfat edib", - Kanslerliyin açıqlamasında qeyd edilib.
V Harald hemolitik anemiya müalicəsi zamanı mayenin tutulması səbəbindən 17 avqustdan bəri xəstəxanaya yerləşdirilib. Bu vəziyyət bədəndə qırmızı qan hüceyrələrinin sayının azalmasına və bu da ağır yorğunluğa və nəfəs darlığına səbəb olur.
Monarxın xəstəxanaya yerləşdirilməsindən bəri vəziyyəti tədricən pisləşirdi. 24 avqustda həkimlər ona qan infeksiyası diaqnozu qoyublar və bir neçə gün sonra Kral V Haraldın səhhətinin kritik olduğu elan edilib. 27 avqustda norveçlilər Kral Sarayına gül qoymağa başlayıblar.
V Harald 1991-ci ildən bəri ölkənin Kralıdır və atası V Kral Olavın ölümündən sonra taxt-taca sahib olub. Harald xəstəxanada olan zaman 53 yaşlı vəliəhd Haakon Kral vəzifəsini icra edib.