Mütəllim Rəhimli ilə Ədalət Vəliyevlə görüşüb

Xəbərlər

29.05.2025 - 22:51

cedabet dərman SEO Xidməti

Ədalət Partiyasının yeni sədri Prezident Administrasiyasının şöbə müdiri ilə görüşüb

Ədalət Partiyasının yeni sədri Mütəllim Rəhimov Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

AYNA.AZ xəbər verir ki, bu barədə M.Rəhimli məlumat verib.

“Ədalət Partiyasının sədri seçilməyim münasibətilə təbriklərini çatdıran Prezident Administrasiyasının şöbə müdiri ölkəmizdə demokratik münasibətlərin təcəssümü olan siyasi dialoqda partiyanın bundan sonra da fəal iştirakına ümid etdiyini bildirdi”, - deyə o vurğulayıb.

“Görüşdə Ədalət Partiyası üçün dövlətçilik mövqeyinin və milli maraqların hər zaman mütləq prioritet təşkil etdiyini bir daha qeyd etdim. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal mövqe tutacağımızı bildirdim”, əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş