Bərə və qayıqda olan insanların ümumi sayı barədə məlumat verilməyib
Hindistanın Mumbay şəhəri sahillərində, Ərəbistan dənizində bərə və sürətli qayığın toqquşması nəticəsində 13 nəfər ölüb, onlarla insan yaralanıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Maharaştra vilayətinin Baş naziri Devendra Fadnavis bildirib.
“Dəniz Qüvvələrinin məlumatına görə, ölənlərin sayı 13-dür”, - deyə qeyd edib.
Toqquşmada on mülki şəxs və üç dəniz hərbçisinin həlak olduğu qeyd edilib.
Bərə və qayıqda olan insanların ümumi sayı barədə məlumat verilməyib. 100-dən çox insanın xilas edildiyi bildirilib.