“Müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq” – <font color=red> PREZİDENT</font>

Siyasət

26.02.2021 - 12:09

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev: “Noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanat icra edilir və tam icra edilməlidir”

 

Ermənistanda baş verən hadisələr rəsmi İrəvanın daxili işidir. AYNA xəbər verir ki, bu barədə  Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.

 

Ölkə başçısı xatırladıb ki, dünən şəhid ailələri ilə görüşü zamanı çıxışında Ermənistandakı vəziyyətə də toxunub: “Bildirmək istəyirəm ki, çıxış hadisələrdən əvvəl edilmişdi. Hər kəs bilsin ki, mənim şərhlərim hadisələrdən əvvəl idi. Ancaq hadisələr onu göstərdi ki, mən tam haqlı idim. Bu gün Ermənistan o qədər ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir”.

 

“20 il ərzində Ermənistanı faktiki olaraq uçuruma aparırdı. Ölkə demək olar ki, bütövlükdə müstəqillik əlamətlərini itirmişdi. Daha çox müstəmləkəyə bənzəyirdi. Bunun əsas səbəbi işğalçılıq siyasətidir. Nə qədər torpaqlarımızı işğal altında saxlamaq istəyirdilərsə, o qədər də asılı vəziyyətə düşürdülər. Ermənistanı ardıcıl olaraq bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək bizim siyasətimiz idi. Mən bunu heç vaxt gizlətmirdim. Dəfələrlə deyirdim ki, biz bu siyasəti o qədər aparacağıq ki, torpaqlarımız işğal altındadır. Ermənistan öz silahlı qüvvələrini torpaqlarımızdan çıxarsın ondan sonra bölgədə əməkdaşlıq, iş birliyi ola bilər. Əfsuslar olsun ki, onlar buna qulaq asmadı. Əgər vaxtında qulaq asaydılar, bu gün rəzil duruma düşməzdilər. Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyəti ilə bağlı hər hansı bir şərh vermirəm. Biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq”, - deyə İ.Əliyev bildirib.

 

Prezident onu da bildirib ki, İkinci Qarabağ müharibəsinin nəticələri dəyişməz olaraq qalır və qalacaq: “Noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanat icra edilir və tam icra edilməlidir. Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilib. Amma elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcək. Əks təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək. Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq. 30 il ərzində bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, eyni zamanda ayrı-ayrı ölkələr bizə açıq, yaxud da qeyri-rəsmi mesajlar göndərirdilər ki, reallıq var, Azərbaycan müharibədə məğlub edilmiş tərəfdir. Siz reallıqla barışın və çalışın ki, bu reallıqdan maksimum özünüz üçün məqbul variant seçin. Yəni, pis variantla daha pis variant arasında. Biz isə bildiyiniz kimi, belə çağırışları hər zaman rədd edirdik. Və öz mövqeyimizdən bir addım belə geri atmırdıq. Və bunu açıq bəyan edirdim. İndi isə mən deyirəm ki, yeni reallıq yaranıb və bu reallığı biz yaratdıq. Bu reallıqla Ermənistan və eyni zamanda bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar. Ermənistan qarşısında indi bir neçə seçim var. Və onların arasında Ermənistan üçün ən məqbul seçim 10 noyabr Bəyanatının müddəalarını icra etməkdir. Əks təqdirdə, onlar üçün daha da böyük problemlər yarana bilər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş