Müsabiqədə iştirak etmək üçün 10 min 68 namizəd elektron qeydiyyatdan keçib
İyunun 5-də Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb. AYNA xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
"Müsabiqədə iştirak etmək üçün 10 min 68 namizəd elektron qeydiyyatdan keçib, onlardan 6 min 871 namizəd elektron ərizəsini təsdiq edib. Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. İyun ayı ərzində elektron yerləşdirmənin nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək", - deyə o qeyd edib.