MN: Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

Siyasət

28.10.2020 - 09:58

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə Nazirliyi məlumat yayıb

 

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-də gecə və səhər müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini atıcı silahlardan atəşə tutub.

 

Müdafiə Nazirliyindən AYNA-ya verilən xəbərə görə, Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.

 

Səhər saat 07.35-dən 09.00-dək isə Ağcabədi rayonu ərazisi düşmən tərəfindən atəşə məruz qalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş