Milli qəhrəmanlar haqqında videoçarx hazırlanıb

Mədəniyyət

08.09.2022 - 14:41

Çarxda Məhərrəm Seyidov və Sergey Senyuşkin barədə məlumat verilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşları “Milli Qəhrəmanları unutmuruq” layihəsini uğurla davam etdirərək, şəhidlərin əziz xatirəsini yad edir.

Baş İdarədən AYNA-ya verilən məlumata görə, layihə çərçivəsində kitabxananın informasiya resurs şöbəsi “Sentyabr ayında anadan olan Azərbaycanın Milli Qəhrəmanları” adlı videoçarx hazırlayıb. Videoçarxda sentyabrda yubileyi olan Azərbaycanın Milli Qəhrəmanları Məhərrəm Seyidov və Sergey Senyuşkin barədə məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan qəhrəmanlar diyarı, igidlər və cəsurlar məskənidir. Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş Azərbaycanın Milli qəhrəmanlarının həyatı və onların qəhrəmanlığı bütün xalqımız üçün, xüsusən gənclərimiz üçün örnəkdir, dərsdir.

Müəllif: Ayna.az