Milli Məclis və TBMM sədrləri görüşüb

Xəbərlər

24.06.2026 - 21:08

Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçirilən 20-ci sessiyası çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşüb. AYNA.AZ xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Görüşdə ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub. Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını rəhbər tutan Azərbaycan və Türkiyənin bütün məsələlərdə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirdiyi diqqətə çatdırılıb. Spiker Sahibə Qafarova bildirib ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətlərinin, onların siyasi iradəsinin və qətiyyətinin nəticəsidir ki, münasibətlərimiz özünün ən yüksək səviyyəsinə çatıb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsində parlamentlərin də vacib rolu qeyd olunaraq, bu istiqamətdə mövcud olan əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib.

Söhbət zamanı Numan Kurtulmuş bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü məmnunluqla xatırladaraq, görüş barədə müsbət təəssüratlarını bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş