“Middle East Eye”: Türkiyə Ukraynaya “Korkut” sistemləri verib

Dünya

06.10.2026 - 16:21

“Bu, Kiyevə yeni məhsulları sınaqdan keçirməyə və imkanlarını artırmağa imkan verib”

Bu il Ankara Kiyevə "Korkut" qısa mənzilli hava hücumundan müdafiə sistemləri təhvil verib. AYNA.AZ bildirir ki, bu barədə "Middle East Eye" mənbələrə istinadən məlumat yayıb.

Mənbələrə görə, Ukrayna az sayda sistem idxal edib. Lakin mənbələr neçəsinin cəbhə xəttinə göndərildiyini deməyib.

Nəşr qeyd edir: "Məsələ ilə tanış olan bir neçə nəfər "Middle East Eye"yə bildirib ki, Türkiyə bu ilin əvvəlində Ukraynaya pilotsuz təyyarə əleyhinə hava hücumundan müdafiə sistemləri təhvil verib və bu da Kiyevə yeni məhsulları sınaqdan keçirməyə və imkanlarını artırmağa imkan verib".

Hava hücumundan müdafiə sistemi üç "Korkut" qurğusundan və bir komanda maşınından ibarətdir. Avtomatik toplar PUA və qanadlı raketlər də daxil olmaqla hava hədəflərini məhv etmək üçün istifadə olunur.

Qeyd olunub ki, istehsalçı “Aselsan” beş il əvvəl Ukraynaya sistemləri almağı təklif edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş