Merz Kiyevə gəlib

Dünya

04.10.2026 - 11:16

1 milyard avroluq yardım gözlənilir

Almaniya kansleri Fridrix Merz əvvəlcədən elan olunmamış səfərlə Kiyevə gəlib. Səfərin əsas məqsədi Ukraynaya Rusiya ilə müharibə fonunda yeni hərbi və enerji yardımının göstərilməsidir.

AYNA.AZ Ukrayna mediasına istinadən xəbər verir ki, yeni yardım paketində əsas diqqət pilotsuz uçuş aparatlarının qarşısını almaq üçün nəzərdə tutulan minlərlə dron-tutucuya və uzaqmənzilli silahlara yönəldiləcək.

“Rusiya müharibəni dayandırılmasa, onun hərbi maşını gec-tez bizə qarşı çevriləcək”, – Merz Kiyevə çatdıqdan sonra bildirib.

DPA-nın məlumatına görə, Almaniya yaxın zamanda Ukrayna Silahlı Qüvvələrinə Rusiya dronlarına qarşı istifadə üçün minlərlə dron-tutucu göndərməyi planlaşdırır. Eyni zamanda, Rusiya qoşunlarının arxa cəbhədəki təchizat xətlərini vurmaq imkanına malik uzaqmənzilli silahların istehsalının artırılması nəzərdə tutulur.

Bu məqsədlərə artıq təsdiqlənmiş büdcə vəsaitindən ümumilikdə 1 milyard avro ayrılması planlaşdırılır. Bundan başqa, dağıdılmış elektrik stansiyalarının təmiri və bərpasına əlavə 350 milyon avro yönəldiləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş