Əli Əhmədov və Tahir Budaqov da müavin seçiliblər
Bu gün keçirilən qurultayda Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavinləri seçilib. Bu barədə AYNA-ya partiyanın Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, təşkilatın yeni Nizamnaməsinə uyğun olaraq, YAP sədri İlham Əliyevin əmri ilə Mehriban Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.