Mehriban Əliyeva Tahir Salahovla bağlı paylaşım edib

Xəbərlər

21.05.2021 - 22:32

Həkimlər Klinikalar SEO Xidməti

Birinci vitse-prezident: "Tahir Salahov səmimi, son dərəcə bacarıqlı və səxavətli insan idi"

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində xalq rəssamı Tahir Salahovla bağlı paylaşım edib.

 

AYNA xəbər verir ki, paylaşımda deyilir:

 

"Tahir Salahov səmimi, son dərəcə bacarıqlı və səxavətli insan idi. O, özünün çoxşaxəli istedadı, tükənməz enerjisi, peşəsinə hədsiz sədaqəti sayəsində bütün dünyada sənətsevərlərin böyük və sonsuz sevgisini qazanmışdı. Tahir Salahovun nurlu xatirəsi doğmalarının, həmkarlarının, dostlarının və onun nadir istedadının çoxsaylı pərəstişkarlarının qəlbində əbədi yaşayacaqdır".

 

 

 
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş