"Yalnız xüsusi hərbi əməliyyatın məqsədlərinə çatması qlobal müharibə təhlükəsini tamamilə aradan qaldıracaq"
“Rusiyanın Ukraynaya hücumu ölkəni 1941-ci ildə nasist Almaniyasının SSRİ-yə hücum etdiyi hadisələrin təkrarlanmasından xilas etdi". AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko İkinci Dünya müharibəsinin başlanmasının ildönümünə həsr etdiyi məqaləsində qeyd edib.
Bildirib ki, Avromaydan və 2014-cü ildə hakimiyyət dəyişikliyindən sonra Ukrayna "Rusiyaya qarşı yeni Qərb kampaniyası üçün tramplin" rolunu alıb və Moskvanın təhlükəsizliyini təmin etmək üçün xüsusi hərbi əməliyyat keçirməkdən başqa yolu qalmayıb".
Matviyenko vurğulayıb ki, "yalnız xüsusi hərbi əməliyyatın məqsədlərinə çatması qlobal müharibə təhlükəsini tamamilə aradan qaldıracaq".