Maliyyə Nazirliyinin regional maliyyə idarələri yaradılıb

Xəbərlər

22.05.2025 - 14:13

Həkimlər Klinikalar SEO Xidməti

Maliyyə Nazirliyi yerli bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi və onlara münasibətdə optimal idarəetmə modelinin tətbiqi məqsədilə rayon (şəhər) maliyyə idarələrini və şöbələrini ləğv edib.

Bu barədə AYNA.AZ-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, onların bazasında ölkənin yeni iqtisadi rayon bölgüsünə uyğun şəkildə regional maliyyə idarələri formalaşdırılıb və bu idarələrin strukturu təsdiqlənib. Yeni struktur çərçivəsində Maliyyə Nazirliyinin Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional idarələri yaradılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş