Londondan Kiyevə məsləhət: Vaşinqtona güzəştə getməyə hazır olmaq tövsiyə edilir

Dünya

10.03.2025 - 10:39

Həkimlər Klinikalar SEO Xidməti

Conatan Pauell Ukrayna nümayəndə heyəti ilə məsləhətləşmək üçün görüşdən əvvəl Kiyevə səfər edib

Böyük Britaniya Volodimir Zelenski ilə Donald Tramp arasında Ağ Evdəki insidentinin təkrarlanmaması üçün Səudiyyə Ərəbistanında ABŞ ilə danışıqlara hazırlaşarkən Ukraynaya məsləhətlər verir. AYNA.AZ xəbər verir ki, bu barədə Britaniyanın “The Times” nəşri məlumat yayıb.

Böyük Britaniyanın Baş naziri Keir Starmerin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell Ukrayna nümayəndə heyəti ilə məsləhətləşmək üçün görüşdən əvvəl Kiyevə səfər edib. Nəşrin mənbəsinin sözlərinə görə, Pauell Zelenskiyə Vaşinqtona güzəştə getməyə hazır olduğunu nümayiş etdirməyi tövsiyə edib və vurğulayıb ki, “Rusiya sülhə əsas maneə olaraq qalır”.

Danışıqlar Trampın Ukraynanın mövqeyini tənqid etdiyi fevral ayında Oval kabinetdə baş verən qızğın fikir mübadiləsindən sonra dialoqun bərpasına yönəlib. Vasitəçi kimi çıxış edən Britaniya Ciddədə keçiriləcək əsas görüş öncəsi ABŞ-Ukrayna münasibətlərini sabitləşdirməyə çalışır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş