Lökbatanda güclü yanğın: helikopterlər havaya qaldırıldı - VİDEO

Xəbərlər

12.05.2026 - 10:03

yanğında xəsarət qeydə alınmayıb

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. AYNA.AZ xəbər verir ki, hadisə yerinə cəlb olunmuş qüvvələr yanğınla mübarizəni davam etdirir. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopteri cəlb olunub.

FHN xilasediciləri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.

“12.05.2026-cı il tarixində saat 01:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Qaradağ rayonu, Lökbatan qəsəbəsindən çağırış qeydə alınıb”. Bu barədə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib. Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Saat 09:30 radələrinədək xəsarət qeydə alınmayıb.

Qeyd edək ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

“Bakı Logistika”ya məxsus anbarda baş verən yanğınla mübarizə davam edir. Əraziyə cəlb olunmuş qüvvələr yanğını söndürmək üçün lazımı tədbirlər görür.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş