Livan İsraili meşələri və əkin sahələrini yandırmaqda ittiham edir

Dünya

27.08.2026 - 12:51

“İsrail ordusu ölkənin cənubundakı meşələri və əkin sahələrini sistematik şəkildə yandırır”

İsti hava dalğası və bütün dünyada meşə yanğınlarının yayılması fonunda Livan hakimiyyəti və vətəndaşları İsrail ordusunu ölkənin cənubundakı meşələri və əkin sahələrini sistematik şəkildə yandırmaqda ittiham edir. AYNA.AZ xəbər verir ki, bu barədə “Arab News” məlumat yayıb.

Livanın Milli Elmi Tədqiqatlar Şurasının (CNRS) məlumatına görə, 2023-cü ilin oktyabr ayında İsrail və “Hizbullah” arasında hərbi əməliyyatların başlamasından bəri İsrail hərbçiləri təxminən 160 kvadrat kilometr ərazini yandırıb ki, bu ərazinin təxminən yarısı kənd təsərrüfatı torpaqlarından ibarətdir.

Hərbi əməliyyatların sonuncu mərhələsi mart ayında İranın dəstəklədiyi “Hizbullah”ın İsrailə hücum edərək Yaxın Şərq münaqişəsinə girməsi ilə başlayıb. Buna cavab olaraq İsrail ordusu Livan ərazisinə genişmiqyaslı hava hücumları edib və quru əməliyyatına başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş