Litva MSK seçkilərin nəticələrini açıqlayıb

Dünya

05.10.2026 - 09:07

“Vahid Siyahı” Partiyası yerlərin əksəriyyətini qazanıb: Seymdə altı siyasi partiya təmsil olunacaq

Latviyada Mərkəzi Seçki Komissiyası (MSK) bütün 1059 seçki məntəqəsində səslərin sayılmasını başa çatdırıb. Gözlənildiyi kimi, Ukrayna tərəfdarı “Vahid Siyahı” Partiyası yerlərin əksəriyyətini qazanıb. AYNA.AZ xəbər verir ki, bu barədə "Delfi" qəzeti məlumat yayıb.

"Vahid Siyahı" seçkilərdə qalib gələrək növbəti çağırış parlamentdə 41 yer qazanıb.

"Latviya Birincisi" Partiyası Seymdə 17 yerlə ikinci yerdədir. Onu 15 yerlə “Suveren Güc/Gənc Latviyalılar” və on yerlə “Milli Alyans” partiyaları izləyir.

Tərəqqipərvər Partiya Seymdə on yer, “Yeni Birlik” isə yeddi yer qazanıb.

Beləliklə, Seymdə altı siyasi qüvvə təmsil olunacaq.

Seçkilərdə səs vermək hüququ olanların 51,81%-i və ya ümumilikdə 1,557,615 nəfərdən 807,072-si iştirak edib.

Prezident Edqars Rinkeviçs 5 oktyabr bazar ertəsi və 6 oktyabr çərşənbə axşamı günlərində Seymə seçilmiş siyasi qüvvələrlə görüşəcək.

Latviyanın Baş naziri Andris Kulberqs artıq bildirib ki, rəhbərlik etdiyi “Vahid Siyahı” Partiyası parlament seçkilərində qələbə qazandıqdan sonra yeni hökuməti formalaşdırmağa hazırdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş