Zəlzələ hiss edilməyib
Bu gün saat 11:14-də Lerik rayonunda zəlzələ qeydə alınıb. AYNA.AZ xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, zəlzələ Lerik stansiyasından 16 kilometr cənub-şərqdə qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 23 kilometr olub. Zəlzələ hiss olunmayıb.