Lerikdə 15 kiloqram narkotik aşkarlanıb

Xəbərlər

21.09.2026 - 11:49

Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, tədbirlərlə saxlanılan 30 yaşlı Murtuz Məmmədlidən ümumilikdə 15 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Araşdırmalarla onun narkotik vasitələri xaricdə yaşayan narkotacirdən əldə etdiyi və maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa sövdələşdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş