Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb
Ötən gün Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1986-cı il təvəllüdlü Cəfərov Cəfər Sahib oğlunun axtarışları başa çatıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, C.Cəfərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.