Koronavirusa inanmayan Prezident xizək sürdü - <font color=red> QALMAQAL</font>

Dünya

11.05.2020 - 12:55

Bolsonaronun görüntüləri minlərlə insanın sərt reaksiyasına səbəb olub

 

Braziliya Prezidenti Jair Bolsonaro sosial məsafə xəbərdarlıqlarına əhəmiyyət verməyərək növbəti dəfə gündəmə gəlib. AYNA xəbər verir ki, Braziliya mətbuatında yer alan məlumatlara görə, paytaxt Brasildə Paranoa gölündə reaktiv xizək istifadə edərkən, Bolsonaronun görüntüləri yayılıb və bu görüntülər minlərlə insanın sərt reaksiyasına səbəb olub.

 

Ölkədə COVID-19-a qarşı münasibətinə görə tənqid olunan prezident Ümumdünya Səhiyyə Təşkilatının xəbərdarlıqlarını dəstəklədiyi və onunla razılaşmadığı üçün Səhiyyə naziri Henrike Mandettanı da vəzifəsindən azad edib.

        

Bununla yanaşı, Bolsonaro əhalini karantin qaydalarına əməl etməməyə çağırıb və karantin tədbirlərindən istifadə edən əyalət qubernatorları və bələdiyyə başçılarını tənqid edərək xəstəliyi isteriya olaraq xarakterizə edib.

 

Qeyd edək ki, Braziliyada koonavirus bu günə qədər 11 min 123 nəfərin həyatına son qoyub. 162 min 699 şəxsə isə virus diaqnozu qoyulub.

 

Müəllif: Ayna.az