Konfrans Liqasının püşkü atılıb

İdman

27.08.2021 - 17:42

cedabet dərman SEO Xidməti

"Qarabağ"ın qrup mərhələsindəki rəqibləri bəlli olub

 

Konfrans Liqasında qrup mərhələsinin püşkü atılıb. AYNA-nın Apasport.az saytına istinadən məlumatına görə, tədbirdə “Qarabağ”ın avrokuboklardakı növbəti qəribləri bəlli olub.

 

Qitə miqyaslı turnirlərdə mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi H qrupunda mübarizə aparacaq. Qurban Qurbanovun yetirmələri “Bazel” (İsveçrə), “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) ilə görüşəcək.

 

Ümumilikdə, ilk dəfə təşkil olunan turnirdə mübarizə aparan 32 komanda 8 qrupa bölünüb. Avropanın 3-cü dərəcəli klub turnirində qrup mərhələsi sentyabrın 16-da başlayacaq.

 

A qrupu

 

LASK (Avstriya)

“Makkabi” (Təl-Əviv, İsrail)

“Alaşkert” (Ermənistan)

HİK (Finlandiya)

 

B qrupu

 

“Gent” (Belçika)

“Partizan” (Serbiya)

“Flora” (Estoniya)

“Anortosis” (Kipr)

 

C qrupu

 

“Roma” (İtaliya)

“Zarya” (Ukrayna)

MOİK (Bolqarıstan)

“Bodo Qlimt” (Norveç)

 

D qrupu

 

“Alkmaar” (Niderland)

ÇFR (Rumıniya)

“Yablonets” (Çexiya)

“Randers” (Danimarka)

 

E qrupu

 

“Slaviya” (Çexiya)

“Feyenord” (Niderland)

“Union” (Almaniya)

“Makkabi” (Hayfa, İsrail)

 

F qrupu

 

“Kopenhagen” (Danimarka)

PAOK (Yunanıstan)

“Slovan” (Slovakiya)

“Linkoln” (Cəbəllütariq)

 

G qrupu

 

“Tottenhem” (İngiltərə)

“Renn” (Fransa)

“Vitess” (Niderland)

“Mura” (Sloveniya)

 

H qrupu

 

“Bazel” (İsveçrə)

“Qarabağ” (Azərbaycan)

“Kayrat” (Qazaxıstan)

“Omoniya” (Kipr)

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş