Kobaxidze: "TRIPP bizim marşrutumuzun rəqibi deyil”

Dünya

05.10.2026 - 10:43

“TRIPP problem yaratmayacaq, əksinə, Orta Dəhlizi tamamlayacaq”

“Tiflis TRIPP marşrutunu Gürcüstandan keçən nəqliyyat marşrutlarına rəqib hesab etmir. Yük daşımaları artdıqca yeni marşrut əksinə, Orta Dəhlizi tamamlaya bilər”.

AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze "İmedi" telekanalının "Açıq hava" proqramında deyib.

"TRIPP bizim marşrutumuzun rəqibi deyil. Hazırda Orta Dəhlizdə müşahidə olunan tendensiyaları nəzərə alsaq, o, əslində onu tamamlayacaq", - Kobaxidze vurğulayıb.

Baş nazirin sözlərinə görə, Orta Dəhlizdə yük dövriyyəsi 2020-ci ildən bəri yeddi dəfə artıb və bu da nəqliyyat marşrutlarının şaxələndirilməsinə obyektiv ehtiyac yaradıb.

“Biz düşünmürük ki, TRIPP marşrutu və ya hər hansı digər marşrut Gürcüstandan keçən ənənəvi marşrutlar üçün ciddi problem yarada bilər”, - deyə Kobaxidze bildirib.

Baş nazir qeyd edib ki, Tiflis infrastrukturun inkişafı yolu ilə ölkənin tranzit potensialını daha da artırmağı gözləyir: “Bu, xüsusilə Anakliya limanı, Poti limanının mümkün genişləndirilməsi, aviasiya infrastrukturu, avtomobil yolları və dəmir yolunun modernləşdirilməsi ilə bağlıdır”.

Kobaxidze hökumətin bütün magistral yolların tikintisini 2031-ci ilə qədər başa çatdırmağı gözlədiyini və dəmir yolunun modernləşdirilməsinin həm qatar hərəkətinin intensivliyini, həm də daşınan yüklərin həcmini artırmalı olduğunu bildirib.

"Əsas məsələ bu gün rabitə sahəsində müəyyən etdiyimiz planı tam şəkildə həyata keçirməkdir", - deyə Gürcüstanın Baş naziri deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş