Kanadada marafon iştirakçısı qaçış zamanı ölüb

İdman

24.09.2019 - 07:28

Marafonda təxminən 18 min insan iştirak edib

 

Kanadanın Monreal şəhərində marafonun iştirakçılarından biri ölüb. AYNA "Report"a istinadən xəbər verir ki, bu barədə "Global News" telekanalı bildirib.

 

Qeyd edilir ki, hadisə bazar günü, 24 yaşlı Patrik Nilin yarımmarafon (21,1 kilometr) qaçışı zamanı baş verib. Finişə bir neçə kilometr qalmış onda ürəktutması baş verib.

 

Həkimlər hadisədən yeddi dəqiqə sonra ona ilk tibbi yardım göstərə biliblər. Patrik Nili xəstəxanaya çatdırılıb və orada ölüb.

 

Qeyd edilir ki, gənc əvvəllər səhhətində hər hansı problemdən şikayət etməyib. O, həmçinin marafon distansiyalarını da qaçıb.

 

Monrealda marafon sentyabrın 21-i və 22-də keçirilib. Marafonda təxminən 18 min insan iştirak edib.

 

Yarış 1979-cu ildən keçirilir.

Müəllif: Ayna.az