“Aİ İrəvana islahatların həyata keçirilməsində kömək etməyə hazırdır”
“Erməni xalqı Rusiyanın güclü təzyiqi altında olsa da, yenə də Avropa gələcəyini seçib və bu, yaxşıdır". AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas deyib.
Kallasın sözlərinə görə, “Aİ İrəvana islahatların həyata keçirilməsində kömək etməyə hazırdır”.
Qeyd edək ki, 8 iyun tarixində Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyasının səslərin 49 faizdən çoxunu aldığını açıqlayıb. Bu gün saat 09:20-ə olan məlumata görə, hakim partiya təxminən 715.000 səs toplayıb ki, bu da 49,82 faiz edir.
İlkin məlumatlara görə, ikinci yeri 23,33 faiz səslə rusiyalı iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" bloku, tutur. Üçüncü yeri isə 9,95 faiz səslə keçmiş Prezident Robert Köçəryanın "Ermənistan" bloku tutur.