Bank sektorunun xarici öhdəlikləri 29,5 milyon manat azalaraq 3 milyard 232,3 milyon manat olub
Cari ilin iyul ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 8,5 faiz artaraq 43 milyard 841,8 milyon manat təşkil edib. AYNA.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəli ilə müqayisədə 29,5 milyon manat azalaraq 3 milyard 232,3 milyon manat olub.
Xarici öhdəliklərdəki qeyd edilən dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.