"Ordu hava üstünlüyünü bərpa etmək və İrana hücum etmək üçün hərbi əməliyyatları bərpa etməyə hazırdır”
İsrailin müdafiə naziri İsrail Katz ölkəsinin lazım gələrsə, İrana qarşı hərbi kampaniyanı bərpa etməyə və "daha güclü" yeni zərbələr endirməyə hazır olduğunu bəyan edib. AYNA.AZ xəbər verir ki, onun sözlərini AFP yayıb.
Bəyanat ABŞ və İran arasında aprel atəşkəsindən və Vaşinqtonla Tehran arasında qarşıdurmaya son qoymaq üçün iyun ayında əldə edilən razılaşmadan sonra genişmiqyaslı hərbi əməliyyatlara qayıdış qorxularının artdığı bir vaxtda verilib.
Katz bildirib: "Ordu hava üstünlüyünü bərpa etmək və İrana hücum etmək üçün hərbi əməliyyatları bərpa etməyə hazırdır və yüksək hazırlıq vəziyyətindədir. O cümlədən zəruri hallarda üçüncü dəfə də təhdidləri aradan qaldıra bilər".
Nazir əlavə edib ki, əgər İsrail hərbi əməliyyatlara qayıtmağa məcbur edilərsə, bu, "daha böyük güclə" ediləcək.