İsayevin postunu Mamıtov tutdu

Dünya

04.11.2020 - 14:35

Qırğızıstan parlamentinə yeni spiker seçilib

 

Qırğızıstanda deputat Talant Mamıtov Joqorku Keneşə (parlament) sədr seçilib. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

 

Keneşin iclasında Mamıtovun lehinə 100, əleyhinə isə bir deputat səs verib.

 

Mamıtov dövlət başçısının səlahiyyətlərini icra edən Baş nazir Sadır Japarovla tərəfdaşlığı ilə tanınır.

 

Xatırladaq ki, parlamentin sədri Kanat İsayev bu gün vəzifəsindən istefa verdiyini açıqlayıb.

 

Qeyd edək ki, Qırğızıstanda 4 oktyabr seçkilərindən sonra parlamentə girə bilməyən partiyaların nümayəndələri Bişkekdə etirazlara başlayıb. Baş Nazir Kubatbek Boronov və parlament sədri Dastanbek Cumabekov istefa verib. Mərkəzi Seçki Komissiyası seçki nəticələrini etibarsız sayaraq dekabrın 20-nə təkrar parlament seçkilərinin keçirilməsinə qərar verib. 15 oktyabrda isə Prezident Sooronbay Jeenbekov istefa edib, bununla dövlət başçısının səlahiyyətləri Baş nazir Sadır Japarova keçib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş