Həmid Bord neft naziri vəzifəsini icra edən təyin olunub
İranın neft naziri Möhsün Paknejad istefa verib. Onun yerinə Milli Neft Şirkətinin rəhbəri Həmid Bord neft naziri vəzifəsini icra edən təyin olunub. AYNA.AZ xəbər verir ki, bu barədə Prezident Aparatının kommunikasiya şöbəsinin müdiri Məhəmməd Mehdi Təbatəbai deyib.
"Prezident Məsud Pezeşkian Möhsün Paknejadın istefasını qəbul etdikdən sonra Həmid Bordu neft naziri vəzifəsini icra edən təyinatı barədə fərman imzalayıb", - deyə o, bildirib.