İran XİN təsdiqləyib: Romada ABŞ-la danışıqların beşinci raundu keçiriləcək

Dünya

22.05.2025 - 09:11

Həkimlər Klinikalar SEO Xidməti

Omanın təklifini İslam Respublikası qəbul edib

İran və Amerika tərəfləri arasında İslam Respublikasının nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli üçün danışıqların beşinci mərhələsi mayın 23-də Romada keçiriləcək. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmail Beqayi deyib.

Onun sözlərinə görə, Oman növbəti raundun “cümə günü İtaliyanın paytaxtında keçirilməsini” təklif edib və İslam Respublikası “bu təkliflə razılaşıb”.

XİN rəsmisi əlavə edib ki, iranlı danışıqçılar “İran xalqının hüquq və maraqlarını müdafiə etməkdə qətiyyətlidirlər”.

Bundan əvvəl Omanın xarici işlər naziri Bədr əl-Busaidi mayın 23-də İran və ABŞ arasında danışıqların beşinci raundunun keçiriləcəyini açıqlamışdı.

ABŞ və İran Omanın vasitəçiliyi ilə dörd raund danışıqlar aparıb. Onlardan birincisi aprelin 12-də Maskatda, ikincisi aprelin 19-da Romada, üçüncü və dördüncüsü aprelin 26-da və mayın 11-də yenidən Omanın paytaxtında baş tutub. Məsləhətləşmələrdə İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə Prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff rəhbərlik edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş