"Ali Rəhbərimizin vəfatı ilə bağlı İslam dünyasının hər yerindən reaksiyalar davam edir"
“İranın Ali Rəhbəri Əli Xameneyi daha təhlükəsiz bir sığınacağa köçmək əvəzinə, evdə qalmağı seçdi”. AYNA.AZ xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu mətbuat konfransında deyib.
Səfir qeyd edib: "Ali Rəhbərimizin vəfatı ilə bağlı İslam dünyasının hər yerindən reaksiyalar davam edir".
Diplomat başsağlığına görə Azərbaycan dövlətinə və xalqına dərin minnətdarlığını bildirib: "Bu çətin dövrdə başsağlığı verərək həmrəylik nümayiş etdirdikləri üçün Azərbaycan dövlətinə və xalqına minnətdarlığımı bildirirəm. Prezident İlham Əliyevin Prezident Məsud Pezeşkiana başsağlığı mesajını da hamı görüb".
Səfir iki ölkənin xarici işlər nazirlərinin telefon danışığı apardığını və bu danışıq zamanı Azərbaycan tərəfinin Azərbaycan ərazisinin İrana qarşı hərəkətlər üçün istifadə edilə bilməyəcəyini bildirdiyini vurğulayıb.
"Əlbəttə ki, biz həmişə buna inanmışıq və yüksək vəzifəli Azərbaycan rəsmiləri bu mövqeyi ardıcıl olaraq dilə gətiriblər", - deyə Dəmirçilu qeyd edib.