"Instagram"ın işində problem yaranıb

Dünya

12.10.2021 - 00:19

İstifadəçilər serverə qoşula bilmirlər 

"Instagram"ın işində yenidən problem yaranıb. AYNA xəbər verir ki, bu barədə "Downdetector" məlumat yayıb. 

 Əsasən ABŞ, Hollandiya, Almaniya, Fransa, İspaniya, Britaniya, Kanada və Rusiyadan olan istifadəçilər problem yaşadıqlarını bildiriblər. 

Onlar əsasən serverə qoşularkən və xəbər lentini yükləyərkən çətinliklə üzləşiblər. 

Müəllif: Ayna.az