Tanınmış şəxslər Milli Məclisin buraxılmasına fərqli münasibətlər sərgiləyirlər
Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP), çoxluq hüququndan istifadə edərək parlamentin buraxılması haqda qərar qəbul edib. Məsələ ilə bağlı cəmiyyətdə maraqlı fikirlər səslənir. Tanınmış şəxslər sosial şəbəkə hesablarında rəylərini bildiriblər. AYNA maraqlı fikirləri təqdim edir:
Media hüququ eksperti Ələsgər Məmmədli: “Rəsmi xəbərlərdən məlum olur ki, YAP Prezidentə müraciət göndərib ki, Milli Məclis islahatlara ayaq uydurmur, onu buraxsın. Mən də Parlamentin rəsmi səhifəsindəki stenoqramlara göz atdım ki, görüm Prezidentdən gələn hansı təklifi Məclis ləngidib, mane olub? Əlavədəki şəkildə də görə bilərsiz.
Raminə Eyvazqızı