“ASAN xidmət”in, “Azərişıq”ın Mərkəzinin və məktəb binasının açılışı olub
Prezident İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. AYNA xəbər verir ki, İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub. Sonra dövlətimizin başçısı ASAN könüllüləri ilə görüşüb.
İyulun 29-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi də istifadəyə verilib. Prezident tədbirdə iştirak edib.
Prezident 320 şagird yerlik Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında da iştirak edib. Dövlət başçısına binada yaradılan şərait barədə məlumat verilib.