İki rayonda yanğın olub

Hadisə

25.03.2020 - 16:33

Həkimlər Klinikalar SEO Xidməti

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Kürdəmir rayonunun Ərəb Qubalı kəndində, ümumi sahəsi 3200 m² olan fəaliyyət göstərməyən fermanın dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Salyan rayonunun Dayıkənd kəndində də yanğın olub. Ümumi sahəsi 100 m² olan birmərtəbəli, 4 otaqlı, tavanı qamışdan ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş