İƏT Parlament İttifaqına sədrlik Azərbaycana keçib

Xəbərlər

24.06.2026 - 14:09

Sədrliyin təhvil verilməsi İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının açılış mərasimində baş tutub

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqının sədrliyi İndoneziyadan Azərbaycana keçib.

AYNA.AZ xəbər verir ki, sədrliyin təhvil verilməsi İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində baş tutub.

Qeyd edək ki, tədbirdə 400-dən artıq nümayəndə iştirak edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş