Hərbi jurnalist Rəşad Süleymanov koronavirusdan vəfat edib

Xəbərlər

15.12.2020 - 14:56

Tanınmış jurnalist ötən gecə həyatını itirib

 

Hərbi jurnalist, "AZERI DEFENCE" jurnalının və azeridefence.com saytının təsisçisi və baş redaktoru Rəşad Süleymanov vəfat edib.

 

AYNA xəbər verir ki, koronavirus infeksiyasına yoluxan 37 yaşlı jurnalist evdə müalicə alırmış. O, ötən gecə həyatını itirib.

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitərən R.Süleymanov “525-ci qəzet”, “Həftə içi” qəzeti, APA informasiya agentliyi və digər media qurumlarında çalışıb.

 

2012-ci ildən dərc olunan hərbi sahəyə aid “AZERI DEFENCE” jurnalının təsisçisi və baş redaktoru idi.

 

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az