14 hərbçimizə Qabaqcıl Hava Nəzarətçisi təlimləri keçirilir
Azərbaycan Silahlı Qüvvələrinin 14 hərbçisi Türkiyədə təşkil edilən təlimlərdə iştirak edir. AYNA xəbər verir ki, bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yerləşdirilib.
Qeyd olunub ki, Türkiyədə Azərbaycan Silahlı Qüvvələrinin 14 əməkdaşına Yaxın Hava Dəstəyi fəaliyyətləri çərçivəsində Qabaqcıl Hava Nəzarətçisi təlimləri keçirilir.