Həbsdə olan sabiq ölkə başçısı xəstəxanaya yerləşdirilib

Dünya

30.06.2020 - 14:47

Atambayev ikitərəfli pnevmoniyaya yaxalanıb

 

Qırğızıstanın həbsdə olan keçmiş ölkə başçısı Almazbek Atambayev ikitərəfli pnevmoniyaya yaxalanıb. AYNA xarici mediaya istinadən bildirir ki, Atambayev təcridxanadan xəstəxanaya köçürülüb.

 

Xəstəliyi ilə əlaqədar keçmiş Prezident koronavirus testindən keçirilib və nəticələr mənfi olub. Onun səhhəti barədə başqa məlumat verilməyib.

 

Xatırladaq ki, A.Atambayev 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Müəllif: Ayna.az