Gürcüstanda seçkilər təxirə salınmayacaq

Dünya

26.05.2020 - 15:37

Zurabişvili: “Parlament seçkilərinin təxirə salınması üçün heç bir əsas yoxdur”

 

Gürcüstanda parlament seçkilərinin keçirilməsi və konstitusiyaya təklif olunan dəyişikliklərin qəbul edilməsi gecikdirilməyəcək. AYNA Gürcüstan mətbuatına istinadən bildirir ki, bunu ölkənin Prezidenti Salome Zurabişvili deyib.

 

Zurabişvili xatırladıb ki, Gürcüstanda fövqəladə vəziyyət rejimi ləğv olunmayıb: “Amma narahatlığa da ciddi əsas yoxdur. Fövqəladə vəziyyət rejiminin elan edilməsinə və komendant saatının tətbiqinə baxmayaraq, ölkədə demokratiya prinsipləri heç bir mərhələdə pozulmayıb. Gürcüstan demokratik prinsiplərin qorunması üçün əlindən gələni edib və bundan sonra da edəcək”.

 

“Parlament seçkilərinin təxirə salınması üçün heç bir əsas yoxdur”, - deyə Gürcüstan Prezidenti bildirib.

 

Qeyd edək ki, Gürcüstanda parlament seçkilərinin bu ilin oktyabrın 31-də keçirilməsi haqqında qərar verilib.

Müəllif: Ayna.az